Posted on July 16, 2008 by huseynov

Vaşinqton və Kaliforniya universitetlərinin tədqiqatçıları oğurlanmış noutbukların axtarılması üçün nəzərdə tutulmuş Adeona sistemini yaradıblar. Pulsuz təqdim olunan açıq kodlu proqramla təchiz olunmuş yeni sistem noutbuka quraşdırılır və avtomatik sürətdə, noutbukun yerləşdiyi ərazi barədə OpenDHT serverinə şifrlənmiş məlumat göndərir. Proqram yalnız İnternetə qoşulduqda işləyir.
Adeona sistemi quraşdırılmış noutbukun oğurlanması baş veribsə, onun sahibi OpenDHT serverinə qoşulur və öz noutbukunun olduğu yer haqqında məlumat əldə edir. Bu məlumat, login və parol daxil edildikdə yalnız həmin noutbukun sahibi üçün açıq olur. Lakin qeyd etmək lazımdır ki. Adeona oğurlanmış portativ kompüterin dəqiq yerini göstərmir. Sistem yalnız qurğunun IP-ünvanını bildirir və istifadə olunmuş marşrutizatorlar barədə məlumat təqdim edir, Lenta yazır.
Adeona-nı hazırlayan tədqiqatçılar hesab edirlər ki, çıxış kodunun təmamilə açıq olması proqramın digər mütəxəssisləri cəlb etməsinə imkan yaradacaq ki, bunun nəticəsində onun imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaranacaq.
Filed under: INTERNET | Tagged: Adeona, Amerikada oğurlanmış noutbukların axtarılması ü | No Comments »
Posted on July 12, 2008 by huseynov

Daily Telegraph qəzeti ən faydalı veb-saytların siyahısını dərc edib. Bloknot, gündəlik və təqvim (hamısı virtual şəkildə) backpackit.com portalında saxlanılır. Siyası tərtib edənlər xəbər saytları arasında marumushi.com/apps/newsmap seçiblər. Daha bir, sadə istifadəçilərin tövsiyələrinə əsaslanan faydalı sayt - digg.com saytıdır.
2008-ci ilin Pekin Olimpiadası haqqında bütün xəbərlər en.beijing2008.cn saytında toplanılıb. Ensiklopediyalar arasında ən tanınmışı wikipedia.org saytı müəyyən olunub. Online-mübahisə etməyə imkan yaradan askphilosophers.org saytında amerika və britaniya filosofları diskussiya aparırlar. Səhmdarlığa yeni başlayanlara, siyahı tərtibatçıları fool.com saytına müraciət etməyə məsləhət görürlər. Kinosevənlər üçün faydalı sayt rottentomatoes.com seçilib. Burada, tənqidçilərin əsas filmlərə çoxlu sayda resenziyaları toplanılıb. Oxumağı xoşlayanlar, evdəki kitabxanalarının kataloqlarını şəbəkəyə qoymaqla yanaşı, həmkarları tərəfindən tövsiyə və məsləhətləri goodreads.com saytından ala bilərlər.
Reytin tərtibatçıları hesab edirlər ki, tez-tez səyahətə çixan insanlar üçün skyscanner.net saytı faydalı ola bilər. Bu saytda onlar aviabiletlərin qiymətini müqaisə edib və ən sərfəli təklif tapa bilərlər.
Filed under: Azerbaijan, INTERNET | Tagged: Birinci dərəcəli lazım olan internet-dəst, INTERNET | No Comments »
Posted on July 12, 2008 by huseynov

Facebook - ümumdünya sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur.
Bu bərədə məlumat verən, könüllü tərcüməçilərdən biri Turxan Kərimov qeyd edib ki, hazırda bütün saytın tərcümə işləri başa çatmaq üzrədir. Şəbəkənin azərbaycan dilinə tərcüməsi nəticəsində saytda, ingilis dilini bilməyən azərbaycanlı istifadəçilərinin sayı artacaq, 1news yazır. Qeyd edək ki, hazırda Facebook-un dəstəklədiyi dillərin sayı 17-yə çatıb.
2004-cü ildən fəaliyyət göstərən Facebook sosial şəbəkəsi uzun zaman MySpace-dən sonra qlobal şəbəkədə istifadəçi sayına ikinci yerdə olub. Lakin cari ilin aprel ayında hər iki resursun istifadəçi sayı bərabər, yəni 115 milyon istifadəçi təşkil edib.
Filed under: Azerbaijan, INTERNET | Tagged: facebook, Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərc, Sosial sebeke | 1 Comment »
Posted on July 10, 2008 by huseynov

Google axtarış sisteminin rəsmi bloqunda, şirkətin personajları hərəkət edən, üçölçülü sosial şəbəkənin istifadəyə verməsi haqda deyilir. Yeni məhsul Lively adlanır və bir çox cəhəti ilə Second Life oynunu xatırladır. Lakin oyundan fərqli olaraq, müvafiq plaqini qurduqdan sonra o, brauzerdə birbaşa işə düşür.
Lively istifadəçilərinə özlərinin üçölçülü hərəkət edən personajlarını yaratmağa təklif olunur. Personajın cinsini, üz cizgilərini, saç düzümünü və geyimini seçmək olar. Personajı seçdikdən sonra, adi sosial şəbəkə səhifəsinin analoqu olan özünüzün virtual otağınızı tərtib etməlisiniz.Otaq üçün, müxtəlif növ interyer əşyalarını əlavə etməyə mümkün olan bir neçə şablon nəzərdə tutulub. Məsələn YouTube videogörüntüsünü göstərən televizor, mebel və ya fotoşəkilli çərçəvələr.
Kataloqun köməyi ilə, müxtəlif iştirakçıların otaqlarını gəzmək mümkündür. Otaqların içində ünsiyyət zamanı, hər bir dialoq iştirakçısının yanında komikslərdə olduğu kimi, şərhli “qabarcıq” peyda olur.
İstənilən sosial şəbəkədə olduğu kimi, Lively şəbəkəsindədə dost tapmaq olar. Bundan ötrü istifadəçiləri öz otağınıza dəvət etmək kifayətdir. Lively yaradıcıları, üçölçülü hərəkətli sosial şəbəkənin - “iş vaxtınızın 20%-ni şəxsi layihələrinizə xərcləyə bilərsiniz” - şüarını əsas tutan, Google şirkətinin fəaliyyət prinsipləri sayəsində, onların şəxsi təşəbbüslərilə hazırlandığını qeyd ediblər. Hazırda Lively sosial şəbəkəsini ancaq Microsoft Internet Explorer və Mozilla Firefox brauzerləri dəstəkləyirlər.
Filed under: INTERNET | Tagged: Google, Google üç ölçülü sosial şəbəkə istifadəyə v, sosial şəbəkə | No Comments »
Posted on July 7, 2008 by huseynov
Hörmətli oxucu, 7 iyul 2008-ci il 0900 tarixindən etibarən bloq müəllifi Rauf Mərdiyevin 1 il ərzində hərbi xidmətdə olacağını diqqətinizə çatdırmaq istərdik.
Bütün bu müddət ərzində isə bloq fəaliyyətini dayandırmayacaqdır.
Diqqətinizə görə təşəkkürlər.
Qoşqar Hüseynov
Filed under: Gündəlik | Tagged: hərbi xidmət, raufray | 6 Comments »
Posted on July 4, 2008 by RAUFRAY

İlham Əliyev
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.
Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtidaryönlü Ana Vətən və Sosial Rifah partiyaları da seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər.
İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu «Azadlıq» bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.
Read more »
Filed under: Azerbaijan, Siyasət | Tagged: 2008 seçkilər, Azərbaycan diasporası, namizədlik, prezident seçkiləri, USAN, İlham Əliyev | 2 Comments »
Posted on July 1, 2008 by RAUFRAY
Filed under: Gənclik, IRELI CYM | Tagged: 1001 gece, asudə vaxtın təşkili, AVT, ireli, ireli party, irəli, irəli əyləncə, oqs party, Rasif Dünyamalıyev, İRƏLİ ÜGH, İsmayıl İsmayılov | Enter your password to view comments
Posted on June 30, 2008 by RAUFRAY
Azərbaycan Silahlı Qüvvələrinin İraqda fəaliyyət göstərən sülhməramlı kontingentinin əsgəri Rəfael Seyidbala oğlu Ağayev həlak olub. Əsgərin qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, əsgərin cənazəsi dünən Azərbaycana yola salınıb. 2007-ci ilin yanvar ayında Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvvəlüdlü Rəfael Ağayev artıq 3 gün sonra hərbi xidmətini başa vuraraq vətənə dönməliymiş. Onun cənazəsi bu gün doğulduğu Xaçmazın İlxıçı Məmmədxanlı kəndində torpağa tapşırılıb.
Əsgərin qohumlarının bildirdiyinə görə, hadisə əsgərin silahla ehtiyatsız davranma nəticəsində baş verib. Belə ki, R. Ağayev silahlı təhvil verərkən, silahdan açılan atəş boğaz nahiyəsinə dəyib.
Müdafiə Nazirliyindən yaydığı rəsmi məlumatda isə deyilir ki, R. Ağayev xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.
Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyəti dövründə bu, ilk ölüm hadisəsidir. 150 nəfərdən ibarət Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlılar bölüyü Əl-Hədida şəhərindəki su elektrik stansiyasını qoruyur.
Allah rəhmət eləsin!
ANS PRESS
Filed under: Azerbaijan, Cəmiyyət, Hərbi | Tagged: azərbaycan əsgəri həlak oldu, hərbi xidmət, iraq, iraqda azərbaycan əsgəri, sülhməramlılar | 1 Comment »
Posted on June 30, 2008 by RAUFRAY
Posted on June 30, 2008 by RAUFRAY

EURO-2008 başlayanda 2 komandaya azarkeşlik edirdim: Türkiyə və İspaniya. Baxmayaraq ki, sevimli oyunçum, əfsanəvi 7 nömrə Raul Qonzales heyətdə deyildi, bu komandanın uğuruna inanırdım və belə də oldu. İspaniya yığması final oyununda Almaniya kollektivini 1-0 hesabı ilə məğlub edərək 4 il ərzində Avropanın ən güclü yığması adını daşımaq hüququ qazandı. Hər bir İspaniya azarkeşini bu münasibətlə təbrik edirəm.
Qalib komandanın heyəti:
1 Iker Casillas
2 Raúl Albiol
3 Fernando Navarro
4 Carlos Marchena
5 Carles Puyol
6 Andrés Iniesta
7 David Villa
8 Xavi Hernández
9 Fernando Torres
10 Cesc Fàbregas
11 Joan Capdevila
12 Santi Cazorla
13 Andrés Palop
14 Xabi Alonso
15 Sergio Ramos
16 Sergio García
17 Daniel Güiza
18 Álvaro Arbeloa
19 Marcos Senna
20 Juanito
21 David Silva
22 Rubén de la Red
23 Pepe Reina
Coach: Luis Aragonés

Filed under: EURO 2008, Football | Tagged: euro2008, spain, ispaniya 2008, spain euro 2008 winner, Luis Aragonés, Andrés Iniesta | No Comments »